image-ads_n1karobka_mobile
image-img-20260309-wa0140backend

Şahdağda Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku başa çatdı – FOTO

image-add-a-heading

“Şahdağ” Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına yekun vurulub.

Doğru.az xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.

Nəticələrə əsasən, U18 kateqoriyasında qızlar arasında birinci yeri Anastasiya Pşenicnaya (Rusiya), ikinci yeri Natalia Babrovska (Polşa), üçüncü yeri isə Rabia Bulut (Türkiyə) tutub. Oğlanlar arasında isə Matei Petre (Rumıniya) qalib olub, Adam Hubak və Alex Kulanga (hər ikisi Slovakiya) müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxıblar.

U20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) birinci olub. Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda ikinci və üçüncü yerləri tutublar. Oğlanlar arasında isə Valter Silas (Almaniya) qızıl medal qazanıb. Marek Foltyen (Çexiya) gümüş, Malte Lessing (İsveçrə) bürünc medala sahib olub.

U23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) qalib gəlib. İrina Umnitsina və Darya Zinçenko (fərdi neytral idmançılar) ikinci və üçüncü yerləri bölüşüblər. Oğlanlar arasında Julian Tritsher (Avstriya) birinci, Silvano Volf (Avstriya) ikinci, Loik Dubois (İsveçrə) isə üçüncü olub.

Böyüklər arasında qadınların yarışında Sara Dreyer (Avstriya) qızıl, Culia Murada (İtaliya) gümüş, Caraline Ulrikh (İsveçrə) bürünc medal qazanıb. Kişilərin mübarizəsində isə Remi Bonet (İsveçrə) birinci, Gay Aurelien (İsveçrə) ikinci, Christof Hochenvarter (Avstriya) üçüncü yeri tutub.

Yarışda Azərbaycan milli komandasının üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yeri tutub.

Qeyd edək ki, Avropa Çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışlarda Azərbaycanla yanaşı Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.

DOĞRU.AZ 

image-img-20260309-wa0132 image-img-20260309-wa0135 image-img-20260309-wa0134 image-img-20260309-wa0133 image-img-20260309-wa0138 image-img-20260309-wa0137 image-img-20260309-wa0136 image-img-20260309-wa0139


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki