Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.
Qaynarinfo.az xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Emin Şahin oğlu Aslanov sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Fuad Ramiz oğlu Nəsirov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın “Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində “Mühasibat Uçotu” və “Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.
1982-ci ildə anadan olan Emin Aslanov 2018-ci ildə “iqtisad üzrə fəlsəfə doktoru” elmi adını alıb.
DOĞRU.AZ





























