Şahzadə Anna iyunun 23-də Gatcombe Park malikanəsində baş verən insident nəticəsində “yüngül xəsarətlər və beyin sarsıntısı” alıb. Böyük Britaniya kralı III Çarlzın bacısı xəstəxanaya yerləşdirilib.
Bu barədə məlumat Bukingem sarayının rəsmi saytında dərc olunmuş mesajda yer alıb.
“Onun Kral Əlahəzrətləri müşahidə üçün ehtiyat tədbiri olaraq Bristolun Southmead Xəstəxanasında qalır. Onun tam və tez sağalacağı gözlənilir”, – nəşrdə qeyd edilir.
Daha əvvəl Daily Mail qəzeti xərçəng xəstəliyinə tutulan kral III Çarlzın ölümü ilə bağlı şayiələr yayılandan sonra ilk dəfə küçədə göründüyünü yazıb.
DOĞRU.AZ