image-2000x150px
image-123
image-ads_atlas
image-576575-pic_32ratio_900x600-900x600-46079backend

Şakiranın məşhur aktyorla yeni romantikasının təfərrüatları məlum olub

image-728x90px

Müğənni Şakira Netflix yayımlanan “Emily in Paris” serialı sayəsində məşhurlaşan britaniyalı aktyor Lucien Laviscount ilə görüşüb. 

Keçən həftə 47 yaşlı Şakira və 31 yaşlı Lucien Laviscount italyan restoranı Carbone-da şam yeməyinə gedərkən şəkil çəkdirdilər. Fotolar sosial şəbəkələrdə yayılıb və məşhurların romantikası barədə şayiələrə səbəb olub. Bu gün insayder müğənni ilə aktyorun həqiqətən bir yerdə olduğunu bildirib. Bununla belə, mənbə iddia edir ki, müğənninin dostları onun yeni münasibətindən məmnun deyillər, çünki onlar Laviscountun populyarlığına görə Şakira ilə görüşdüyünə inanırlar.

Ehtimal olunur ki, Şakiranın Lucien Laviscount ilə romantikası fevral ayında baş tutan “Punteria” mahnısına çəkilən klipin çəkilişləri zamanı başlayıb. Klipdə aktyor ifaçının sevgilisi obrazını canlandırıb.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki