image-n1karobka_ads
image-123
image-1765619254392156127_1200x630backend

Salyanda narkotiklərlə bağlı iki şəxs həbs olunub

image-ad_qayo_720x110px

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıb.

Doğru.az xəbər verir ki, hər iki şəxs əvvəllər məhkum olunub.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan verilən məlumata görə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin və marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları və şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanıb və saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki