Samara vilayətindəki “Jiqulevskoe More” stansiyasında azot gübrəsi olan beş vaqon relsdən çıxıb.
Bu barədə Volqa Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Üç vaqonun yanlarına aşdığı bildirilir. İnsident yük qatarının dağaltı parkdan yola düşdüyü zaman baş verib.
“Nəqliyyatda heç bir gecikmə olmayıb. Hazırda bərpa işləri aparılır”, – məlumatda deyilir.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Daha əvvəl bildirilmişdi ki, Volqoqrad vilayətində “KamAZ” markalı yük maşını ilə toqquşmadan sonra sərnişin qatarının doqquz vaqonu relsdən çıxıb.
Mənbə RİA Novosti