image-n1karobka_ads
image-123
image-66636aeb9648e83a76c461efa8afe78cbackend

Saxta 100 manatlıqla benzin almaq istədi – Tutuldu

image-ad_qayo_720x110px

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

Doğru.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki