Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsində sevincli hadisə baş verib.
Doğru.az xəbər verir ki, Milli Qəhrəmanın oğlu Elvin Mirzəyevin övladı dünyaya gəlib. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Elvin Mirzəyev ötən ilin dekabr ayında Ülkər adlı xanımla ailə həyatı qurmuşdu.
Xatırladaq ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.
DOĞRU.AZ





























