image-2000x150px
image-970x50px
image-interpress_fb031c8cc7de9167836e48a178ea7acf_4s6pjcquyow2gvl0zxfm-640x336backend

Səlcuq Bayraqdar açıqladı: 2023-cü ildə…

image-728x90px

Lider olmağa çalışmalıyıq

ABŞ Müdafiə Nazirliyi Türkiyənin F-35 proqramından çıxarıldığı ilə bağlı rəsmi Ankaraya bildiriş göndərib.

AzNews.az xəbər verir ki, bu açıqlamanın ardınca “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar milli pilotsuz döyüş təyyarələrinin ilk uçuşunun 2023-cü ildə həyata keçirilə biləcəyini deyib.

“F-35-ləri verməmələri indi bizim üçün dezavantaj kimi görünsə də, gələcəkdə müdafiə sənayemiz üçün ən xeyirli işlərdən biri ola bilər.

Baykar olaraq 4-5 ildir həyata keçirdiyimiz Akıncı platformamızın da böyüməsi ilə Milli Pilotsuz Döyüş Təyyarəsi layihəmizi sürətləndirdik”, – deyə S. Bayraqdar bildirib.

Texniki direktor bu sahədə işləmək istəyən gənclərə pilotsuz platformaların ən kritik texnologiyaları olan sahələrə üz tutmalarını tövsiyə edib.

“Gələcəyin yarışlarına bu gündən hazırlaşıb, dünyanın getdiyi yerdə lider olmağa çalışmalıyıq”, – deyə əlavə edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki