image-2000x150px
image-123
image-ads_atlas
image-semedbackend

Səməd Seyidov: “Qazax 51 şəhid verib, hər birinin…”

image-728x90px

“Mənim deputat seçildiyim Qazax rayonundan 51 şəhid var. Hər birinə də qayğı var. Bunu dövlət edib. Prezident İlham Əliyev və Mehriban xanım Vətən müharibəsinin ikinci ildönümünü Füzulidə, müharibədə ilk şəhid verdiyimiz yerdə qeyd etdilər. Bunun özü nümunə olmalıdır”.

Bunu parlamentdə çıxışı zamanı deputat Səməd Seyidov deyib.

Komitə sədri əlavə edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi ciddi məsələdir və bunun üzərinə düşmək lazımdır:

“Ümumən bunu rayonlarda sistem şəklinə salmaq lazımdır. Bunlar millət tərəfindən qəbul edilən şəxslərdir, bizim qanımızdır. Biz torpaqlarımızı azad etmişik, amma yenə təhlükə var. Məktəbə niyə şəhid adı verilməsin? Onsuz da bizim tərbiyyəmiz, siyasətimiz bu istiqamətdə gedir. Gələcəkdə bu məsələlər səmərəli formada həllini tapmalıdır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki