image-2000x150px
image-123
image-ads_atlas
image-ssbackend

Şəmkirdə fəhlələr qəzaya düşüb, yaralananlar var

image-728x90px

Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyəcan keçirib. Ona da ambulator yardım göstərilib.

Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki