image-2000x150px
image-f8dfc7616e6fd2b331d1de28eef58f4fbackend

Semyon Peqov Moskvada tutuldu

image-728x90px

Təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqov Moskva şəhərində saxlanılıb.

Bu barədə “WarGonzo” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, Semyon Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib.

Nəticədə mehmanxana rəhbərliyi ondan polisə şikayət edib. Peqov polis tərəfindən saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki