image-ads_n1karobka_mobile
image-17276788261855846142_1200x630backend

Şənbə və bazar günləri 40 kiloqramadək narkotik vasitə aşkarlanıb

image-add-a-heading

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Doğru.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki