Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-ın Ermənistanda kiçik modul reaktorlar quraşdırmaq planlarının Moskvanı nüvə təhlükəsizliyi yanaşmasına yenidən baxmağa vadar etdiyini bildirib.
Doğru.az xəbər verir ki, Şoyqunun sözlərinə görə, seysmik baxımdan aktiv ərazidə Amerika istehsalı olan kiçik reaktorların tikintisi əlavə təhlükəsizlik riskləri yarada bilər.
O xatırladıb ki, Ermənistan Atom Elektrik Stansiyası sovet mühəndisləri tərəfindən unikal texnologiyalar əsasında inşa edilib və bu texnologiyalar stansiyanın 1988-ci ildə baş verən dağıdıcı zəlzələyə tab gətirməsinə imkan verib.
Şoyqu iddia edib ki, ABŞ texnologiyaları eyni səviyyədə təhlükəsizlik təmin etməyə bilər və bu məsələ region üçün yeni risklər yaradır.
DOĞRU.AZ

























