image-2000x150px
image-123
image-ads_atlas
image-ap472166086306-pic_32ratio_900x600-900x600-31186backend

Si Cinpin Çin və ABŞ arasında münasibətlərin mahiyyətindən danışıb

image-728x90px

Çin prezidenti Si Cinpin bildirib ki, Vaşinqton və Pekin arasında münasibətlərin xarakteri təkcə iki dövlətin xalqlarının rifahına deyil, həm də bütövlükdə bəşəriyyətin gələcəyinə təsir göstərir.

Bu barədə o, ABŞ-ın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə bildirib.

“Çin və ABŞ-ın əməkdaşlıq etməsi və ya bir-birinə qarşı olması iki ölkə xalqının rifahından, eləcə də bəşəriyyətin gələcəyindən və taleyindən asılıdır”, – Si Cinpin deyib.

O qeyd edib ki, ölkələr bir-birini tərəfdaş hesab etdikcə, maraqlara hörmət etdikcə və dinc yanaşı yaşadıqca ikitərəfli münasibətlər yaxşılaşacaq. Çin Xalq Respublikasının sədri Çin və ABŞ arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri arasında intensiv mübadilələrə ümid etdiyini bildirib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki