image-n1karobka_ads
image-123
image-1677147614_rian_5857741-hr-pic905-895x505-91402backend

Şimali Koreya NATO-nun Ukrayna ilə bağlı siyasətini vicdansız hərəkət adlandırıb

image-ad_qayo_720x110px

KXDR NATO-nun şərqə doğru genişlənməsini Rusiya üçün təhlükə yaradan və sonda Ukraynada münaqişəyə səbəb olan vicdansız hərəkət hesab edir.

TASS xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin Silahsızlanma və Sülh İnstitutunun bəyanatında deyilir.

Onun sözlərinə görə, NATO beynəlxalq ictimaiyyətə verdiyi vədlərdən tamamilə imtina edib və 1999-cu ildən bu günə kimi 16 ölkəni qəbul edərək, miqyasını iki dəfə artırıb.

“NATO öz yurisdiksiyasını Rusiya ilə həmsərhəd olan Ukraynaya genişləndirməyə çalışdı ki, bu da Avropada mövcud təhlükəsizlik vəziyyətinə gətirib çıxaran əsas amil idi”, – institut vurğulayır.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Rusiya nümayəndə heyəti ilə görüşündə KXDR hökuməti və xalqının Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyata dəstək və həmrəy olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki