image-2000x150px
image-123
image-ads_atlas
image-m9kmy45ophrlqbt5vtqv48cosr1ks80eudhvn5wv_640backend

Şimali Koreya növbəti addımını atır: GPS siqnallarına müdaxilə

image-728x90px

Artıq üçüncü gündür ki, Şimali Koreya Sarı dənizdəki adalar ərazisində Cənubi Koreyada GPS siqnallarının qəbuluna mane olmağa çalışır.

Bu barədə Cənubi Koreya ordusundan bildirilib.

Koreya Respublikasının Silahlı Qüvvələri yerli vaxtla saat 8 radələrində (Bakı vaxtı ilə saat 03:00) belə cəhdləri qeydə alıb.

Bildirilir ki, Şimali Koreya Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinə yaxın adalarda siqnalların qəbulunu əngəlləməyə çalışıb. Bu hərəkətlər ordunun əməliyyatlarını pozmasa da, Sarı dənizin bu bölgəsində balıqçı gəmilərinin və sərnişin gəmilərinin naviqasiya alətlərinə təsir edib.

Qeyd edək ki, cümə axşamı Şimali Koreya super iriçaplı 600 mm çoxlu buraxılış raket sistemlərindən azı 18 sursat atıb. Bunu Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillər sübut edir.

Mənbə: Yonhap

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki