Şimali Koreyanın Dövlət İşləri Komissiyasının şöbə müdiri Kim Çanq-sonq vəfat edib.
Doğru.az xəbər verir ki, ölümü barədə məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb. Ölüm səbəbi hələ dəqiqləşdirilməyib.
Nəşrdə Kim Çanq-sonqun “həmişə səbatlı və vicdanlı olduğu, partiyanın nüfuzunun qorunmasına və dövlətin xaricdəki nüfuzunun artırılmasına xüsusi töhfə verdiyi” vurğulanıb. Ölkə lideri Kim Çen In onun dəfn mərasiminə rəsmi əklil göndərib.
Cənubi Koreyanın Yonhap xəbər agentliyinin məlumatına görə, Kim Çanq-sonq faktiki olaraq Kim Çen In administrasiyasına rəhbərlik edib, protokol rəhbəri vəzifəsini tutub və lideri beynəlxalq sammitlərdə müşayiət edib.
DOĞRU.AZ




























