Azərbaycanda siqaret qaçaqmalçılığı ilə bağlı daha 3 nəfər həbs edilib.
Doğru.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar çərçivəsində gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, onlar “RR Caspi” MMC-yə məxsus gəmi ilə Ələt qəsəbəsində yaradılmış yanalma körpüyə siqaret gətirərək, 3 yük maşınına yükləyiblər. Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri üzrə ittiham elan olunub.
İş üzrə həmçinin Səmayə Co LTD MMC və Səmayə Logistic MMC-nin də adları keçir. Ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir. Qeyd edilir ki, bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və nəzarətçisi də saxlanılıb və barələrində qətimkan tədbirləri seçilib.
DOĞRU.AZ




























