Slovakiyanın baş naziri Robert Fiko Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşdə açıqlama verib.
Doğru.az xəbər verir ki, Fiko Ukraynanın NATO-ya qoşulmasının mümkünsüz olduğunu bildirib.
“Vurğulayıram, bunu əvvəldən demişəm: Ukrayna NATO-ya üzv ola bilməz”, – o deyib.
Bundan əvvəl Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də Kiyevin NATO-ya daxil olmasının həmişə qəti əleyhinə olduğunu bəyan edib.
Həmçinin Macarıstanın baş naziri Viktor Orban da Ukraynanın Aİ və NATO-ya üzv ola bilməyəcəyini bildirib.
DOĞRU.AZ