image-2000x150px
image-123
image-ads_atlas
image-redmi-lcd-in-display-fingerprintbackend

Smartfonun kilidi üçün barmaq izlərinin TƏHLÜKƏLƏRİ açıqlanıb – FOTO

image-728x90px

Smartfonun kilidini açmaq üçün barmaq izindən istifadə təhlükəlidir.

Bu barədə Rusiyanın “Group-IB” rəqəmsal kriminalistika ekspertizasının mütəxəssisi İqor Mixaylov bildirib.

Onun sözlərinə görə, məsələn, şüşə fincandan barmaq izini kopyalamaq və polimer əsasında üzünü çıxarmaq olar.

Ekspert həmçinin bildirib ki, “yad” barmaq izlərindən istifadə etməklə digər insanların qadcetlərinin kilidinin açılması halları (xüsusən də köhnə barmaq izi sensoru olan smartfonlarda) nadir hal deyil.

“Hazırda sensorlar daha etibarlıdır, bununla belə təcrübə göstərir ki, bəzi smartfon istehsalçıları cihazların ümumi təhlükəsizliyini artırmaq üçün onlardan istifadədən imtina edirlər”, – deyə kriminalist izah edib.

Ekspertin fikrincə, smartfonun kilidi üçün ən təhlükəsiz yol mürəkkəb parollardan istifadədir. Bu səbəbdən o, smartfonun qorunmasını artırmaq üçün barmaq izi və ya üz tanıma əvəzinə pin kodla girişi məsləhət görür.

“Bu kod başqa heç bir proqramda, internet resursda istifadə olunmamalı və mümkün qədər çox simvoldan ibarət olmalıdır”, – deyə İ.Mixaylov sözlərini yekunlaşdırıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki