image-ads_n1karobka_mobile
image-17246551804770459024_1200x630backend

Son 2 gündə təhvil verilən və aşkar edilərək götürülən silahların sayı açıqlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 5 tüfəng isə aşkar edilərək götürülüb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki