“Xəzinə adası” və “Kapitan Vrungelin sərgüzəştləri” cizgi filmləri ilə tanınan sovet rəssamı Radna Saxaltuyev vəfat edib.
Doğru.az xəbər verir ki, bu barədə ukraynalı kinoşünas Sergey Trimbax sosial şəbəkələrdə məlumat paylaşıb.
Radna Saxaltuyevin 90 yaşı var idi və o, Kiyevdə vəfat edib. Kinoşünas Trimbax yazıb: “Radna Saxaltuyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.”
Qeyd edək ki, bundan əvvəl sovet və rus bəstəkarı, SSRİ xalq artisti Rodion Şedrin 92 yaşında vəfat etmişdi.
DOĞRU.AZ