image-n1karobka_ads
image-123
image-6863c8b102e8bd7b25498f8cbackend

“Sputnik Azərbaycan”ın Bakı ofisində 7 nəfər saxlanılıb

“Sputnik Azərbaycan” informasiya agentliyinin Bakı ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov da var.

Əməliyyat zamanı ofisdə axtarışlar aparılıb. Həmçinin axtarış və saxlanma prosesini lentə alan Ruptly video agentliyinin redaktoru da saxlanılanlar arasında yer alıb.

Qeyd edək ki, ötən gün DİN Sputnik-in Bakı ofisində əməliyyat tədbirləri həyata keçirildiyini açıqlamışdı.

Əməliyyatın detalları ilə bağlı rəsmi qurumlardan əlavə məlumat gözlənilir.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki