image-2000x150px
image-123
image-ads_atlas
image-62454251_303backend

Şri-Lanka prezidenti ölkədən qaçdı

image-728x90px

Hərbi təyyarə çərşənbə günü səhər (13 iyul) Şri-Lankanın 73 yaşlı prezidentini həyat yoldaşı və iki mühafizəçisi ilə birlikdə ölkədən çıxararaq Maldiv adalarının paytaxtı Maleyə aparıb.

Qaynarinfo bu barədə DW-yə istinadən xəbər verir.

Maldiv hava limanındakı immiqrasiya rəsmisinin sözlərinə görə, Qotabaya Rajapaska polisin mühafizəsi altında təyyarədən endikdən sonra açıqlanmayan yerə aparılıb.

Şri-Lanka prezidentinin qaçması xəbərinin yayılması bu ölkənin paytaxtı Kolomboda nümayişçilər arasında sevinc dalğası yaradıb. Rajapaksa qəzəbli etirazçılar prezident sarayına basqın etməzdən bir müddət əvvəl şənbə günü (9 iyul) paytaxtı tərk etmişdi.

İqamətgahından qaçdıqdan sonra onun Şri-Lankanın cənubundakı ərazi sularına doğru hərəkət edən donanma gəmisinə köçürüldüyü bildirilir.

Vurğulanır ki, Rajapaksa ölkədə “hakimiyyətin dinc yolla ötürülməsinə” yol açmaq üçün çərşənbə günü istefa verəcəyini vəd etmişdi.

Şri-Lankanın baş naziri Ranil Vikremasinqe də prezidentlə eyni vaxtda istefaya getməyə söz verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki