image-n1karobka_ads
image-123
image-img_20251221_140912_159backend

SSRİ xalq artisti Asanali Aşimov vəfat edib

image-ad_qayo_720x110px

Sovet və Qazaxıstan teatr və kino aktyoru, SSRİ xalq artisti Asanali Aşimov 88 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Aşimov milli mənəviyyatın inkişafına əvəzsiz töhfələr verən, Qazaxıstan teatr və kinosunda yüksək peşəkarlıq məktəbi formalaşdıran unikal şəxsiyyət olub.

Xatırladaq ki, Asanali Aşimov “Trans-Sibir Ekspresi” də daxil olmaqla 30-dan çox sovet filmində rol alıb.

Qeyd edək ki, daha əvvəl Sovet və Rusiya aktyoru Nikolay Denisovun da 80 yaşında vəfat etdiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki