image-n1karobka_ads
image-123
image-foto-jpg__1000x0_q95_crop_subsampling-2_upscale-pic_32ratio_900x600-900x600-17699backend

Starlink-in əsas rəqibi əsas testlərdən keçir

Amazonun Kuiper internet peyk layihəsi gələn il sistemi işə salmaq üçün lazım olan əsas sınaqlardan keçib.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Amazon Yer orbitində optik peyklərarası rabitə (OISL) cihazları ilə təchiz edilmiş 3 mindən çox cihaz yerləşdirmək niyyətindədir. Onlar infraqırmızı lazer şüaları vasitəsilə məlumat mübadiləsi aparacaqlar. Güman edilir ki, Kuiper şəbəkəsi iş adamı İlon Maskın SpaceX şirkətindən Starlink peyk İnternetinə rəqib olacaq.

2023-cü ilin oktyabrında Amazon OISL texnologiyasını sınaqdan keçirmək üçün orbitə iki prototip göndərdi. Testlər göstərib ki, qurğular saniyədə 100 giqabit sürətlə sabit əlaqə saxlamaq iqtidarındadır.

Şirkətin aydınlaşdırdığı kimi, lazerlərdən istifadə etməklə informasiyanın kosmosda ötürülməsi Yerdəki müasir fiber optik texnologiyaları ilə müqayisədə məlumatları 30% daha sürətli göndərməyə imkan verir.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki