image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_2299540113-pic_32ratio_900x600-900x600-45423backend

Starlink peyk interneti argentinalılar üçün əlçatan olub

image-728x90px

Amerikanın “SpaceX” şirkətinin “Starlink” peyk interneti Argentinada işə salınıb.

Bu barədə TASS SpaceX-in məlumatlarına istinadən yazır.

“Starlink indi Argentinada mövcuddur, Cənubi Amerikada yeddinci, insanların yüksək sürətli, aşağı gecikmə ilə internetə çıxış əldə edə bildiyi dünyada isə 72-ci ölkəyə çevrilir”.

Starlink qlobal peyk rabitə sistemi layihəsidir. Onun sistemi aşağı Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik cihazları yerləşdirməklə bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.

Martın 16-da məlum olub ki, milyarder İlon Maska məxsus “SpaceX” ABŞ Milli Kəşfiyyat İdarəsi (NRO) ilə gizli müqavilə əsasında yüzlərlə casus peykdən ibarət şəbəkə yaradır. 2021-ci ildə imzalanan müqavilənin dəyəri 1,8 milyard dollardır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki