image-2000x150px
image-123
image-ads_atlas
image-erdoganbackend

Sülh uğrunda MÜBARİZƏ: Ərdoğan Lvovda mümkün yolları müzakirə edəcək

image-728x90px

Xəbər verdiyimiz kimi avqustun 18-də Lvovda Ukrayna prezidenti Voloadimir Zelenski, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə görüş keçiriləcək.

 Ərdoğan Volodimir Zelenskinin dəvəti əsasında Lvova gedəcək.

Agentliyin məlumatına görə, tərəflər Ukraynada müharibəyə son qoymağın mümkün yollarını müzakirə etməyi planlaşdırırlar.

“Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin işə salınması sayəsində diplomatik yollarla Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq”, – məlumatda deyilir.

Prezidentlər həmçinin Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektlərini strateji tərəfdaşlıq səviyyəsində müzakirə edəcəklər.

Nəşrin məlumatına görə, Ərdoğanın Ukrayna səfəri bir gün davam edəcək.

Qeyd edək ki, avqustun 6-da, Rəcəb Tayyib Ərdoğan növbəti dəfə rusiyalı həmkarı Vladimir Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dəvət edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki