image-n1karobka_ads
image-123
image-17170778193510326570_1200x630backend

Sumqayıtda yol hərəkəti qaydalarını pozan velosipedçilər və avtomobili narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb – FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunub. Yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb.

Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, digər tədbir zamanı şəhər sakini Fəxrəddin İbliyev idarə etdiyi “BMW” markalı avtomobillə sürət həddini aşdığına görə ona “saxla” işarəsi verilib. Sürücü buna məhəl qoymayaraq öz hərəkətini davam etdirib və nəqliyyat vasitəsini digər bir avtomobilə vurub. F.İbiyev saxlanılan zaman onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 30 gün inzibati qaydada həbs olunub.

DOĞRU.AZ

image-17170778194978713056_1200x630 image-17170778194518216363_1200x630 image-17170778193450165058_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki