Suriyanın hüquq-mühafizə orqanları Amerika və Suriya hərbçilərinə qarşı silahlı hücumda iştirak etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
Doğru.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin açıqlamasına görə, xüsusi əməliyyat Palmirada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri ilə koordinasiya şəklində həyata keçirilib.
Bildirilib ki, saxlanılan şəxslərin hamısı dərhal dindirilmək üçün istintaqa cəlb olunub. Daha əvvəl tutulan şübhəlilərdən birinin daxili təhlükəsizlik qüvvələrinin fəal üzvü olduğu da qeyd edilib.
Xatırladaq ki, dekabrın 13-də Suriyanın mərkəzində yerləşən Palmira şəhəri yaxınlığında Amerika və Suriya hərbçilərinə silahlı hücum baş vermişdi. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
DOĞRU.AZ




























