image-n1karobka_ads
image-123
image-1752925210125169543_1200x630backend

Şuşada Qlobal Media Forumu başlayır – 52 ölkədən iştirakçı

image-ad_qayo_720x110px

Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçıları artıq Azərbaycanın mədəniyyət paytaxtına səfərə başlayıblar.

Doğru.az xəbər verir ki, forum iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər.

Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, eləcə də digər sahəvi təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Forumda həmçinin əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycan jurnalistləri, media ekspertləri və rəsmi şəxslər də iştirak edirlər.

Tədbirin açılış mərasimindən sonra Forum müxtəlif sessiyalarla davam edəcək və iyulun 21-dək davam edəcək.

DOĞRU.AZ

image-17529252101356026359_1200x630 image-17529252106413553604_1200x630 image-17529252102706548864_1200x630 image-17529252102599353652_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki