image-2000x150px
image-123
image-ads_atlas
image-3049f2da-fb81-3e5c-8e6b-d50c28dd5d0d_850backend

Tacikistanda KTMT-nin hərbi təlimləri başlayıb DİGƏR ÖLKƏLƏR

image-728x90px

Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzi Asiya regionunun “Sərhəd-2022” kollektiv çevik qüvvələrin yerləşdirmə təlimləri başlayıb.

Hərbi qulluqçular təlimlərdə döyüş əməliyyatlarına hazırlıq və onların aparılması qaydalarını hazırlayacaqlar. Əsas diqqət KTMT üzvü olan ölkəyə nüfuz etməyə çalışan qeyri-qanuni silahlı birləşmələrlə mübarizə bacarıqlarının artırılmasına yönəldiləcək.

Təlimin əsas hissəsi oktyabrın 17-21-də Tacikistanın paytaxtı Düşənbədən 140 km cənubda yerləşən Xarbmaydon poliqonunda baş tutacaq.

Təlimlərdə 1 000-ə yaxın şəxsi heyət və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lar iştirak edəcək. Təlimlərin iştirakçıları Mərkəzi Asiya ölkələri, eləcə də KTMT-nin birgə qərargahının əməliyyat qruplarıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki