image-2000x150px
image-123
image-ads_atlas
image-pkk-1476689_2backend

Taliban Əfqanıstanda Badgis vilayətini tam ələ keçirdi

image-728x90px

Taliban yaraqlıları Əfqanıstanın qərbindəki Badgis vilayətinin bütün bölgələrini nəzarətə götürdülər.

Taliban son illər ərzində ilk dəfə əyalət mərkəzini hədəf aldı. Əfqanıstanda Badgis valisi Hüsamettin Şəms, mətbuat mənsublarına verdiyi açıqlamada, silahlıların hökumətin nəzarətində olan Badgis bölgələrinə hücumlar başlatdığını söylədi.

Şəms hücumlar nəticəsində bütün bölgələrin Taliban nəzarətində olduğunu açıqladı. Bundan əlavə, bölgələri ələ keçirən silahlılar, vilayət mərkəzinə hücum başlatdılar. Şəms, qarşıdurmaların vilayətin mərkəzində davam etdiyini söylədi.

 Badgis İl Şurasının vəkili Abdul Əziz Bek, silahlıların vilayət mərkəzinin və Badgis həbsxanasının bəzi hissələrini ələ keçirdiyini iddia etdi. Silahlıların həbsxanadakı məhbusları sərbəst buraxdıqlarını söyləyən Bek, yerli rəhbərliyin qaçmaq üçün Badgis Hava limanına yerləşdiyini vurğuladı.

 Daxili İşlər Nazirliyi Badgis əyalətində Taliban qüvvələrini geri çəkmək üçün kifayət qədər güclərinin olduğunu bildirdi.

Dünən Badgisin Ab Kemeri bölgəsi də Talibanın nəzarətinə keçib. Türkmənistanın sərhədində yerləşən və mərkəzi Kale-i Nev olan Badgis vilayətinin 7 bölgəsi Talibanın tam nəzarəti altındadır.

Məmmədova Gültəkin

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki