image-2000x150px
image-123
image-ads_atlas
image-1706338347503719185_1200x630backend

Tanınmış aktrisa Ofeliya Aslanın anadan olmasından 85 il ötür – FOTO

image-728x90px

Bu gün tanınmış teatr və kino aktrisası Ofeliya Aslanın anadan olmasının 85-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, öz bənzərsiz istedadı ilə adını Azərbaycan teatr tarixinə yazdırmış Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür.

Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı olub. O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, bir müddət A.Şaiq adına Kukla Teatrında aktrisa kimi çalışıb.

Sonradan Musiqili Teatrda əvvəl xor artisti kimi işə başlayıb. Aktrisanın teatrda ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib.

O, teatr truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Ana, mən evlənirəm” əsərində Bibixanım rolunda səhnəyə çıxıb.

Ofeliya Aslan 2010-cu il mayın 18-də vəfat edib.

DOĞRU.AZ

image-17063383475111430671_1200x630 image-17063383476026347472_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki