Uzun müddətdir səhhətində ciddi problemlər yaşayan tanınmış aktrisa Mənsumə Babayevanın vəziyyəti yenidən pisləşib.
Doğru.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında sənətçinin qızı məlumat verib. Onun sözlərinə görə, aktrisa növbəti dəfə insult keçirib və hazırda həkim nəzarəti altında ev şəraitində müalicə olunur.
“Anam yenidən insult keçirib. Hazırda həkim nəzarəti altındadır. Vəziyyəti ilə əlaqədar telefonlara cavab verə bilmir”, – deyə aktrisanın qızı bildirib.
Qeyd edək ki, Mənsumə Babayeva bir neçə ağır xəstəliklə mübarizə aparır. Sinəsində şiş aşkarlanan aktrisa daha əvvəl iki dəfə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. O, eyni zamanda şəkərli diabet xəstəsidir. Bu, sənətçinin keçirdiyi ikinci insultdur.
DOĞRU.AZ




























