image-2000x150px
image-123
image-ads_atlas
image-14f35883-a5fc-372d-9819-4afe0011a9ec_850backend

Tanınmış müğənni və qarmon ifaçısı vəfat edib

image-728x90px

Tanınmış müğənni və qarmon ifaçısı Hüseynəli Həsənov (Hüseyn Bakılı) vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook” hesabında yazıb və onunla birlikdə çəkdirdiyi fotonu paylaşıb.

“Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməyiblər. Ruhun şad olsun, gözəl insan”, – paylaşımda deyilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki