image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240409-wa0138backend

TARİX YAZANLAR” adlı tədbir keçirildi – FOTO/VİDEO

image-728x90px

“ALIOGLU MEDIA GROUP” və “AZƏRBAYCAN İNCƏSƏNƏT MƏRKƏZİ” nin təşkil etdiyi qələbəmizin başlanğıcı olan aprel döyüşlərinə həsr olunmuş “TARİX YAZANLAR” adlı tədbir baş tutmuşdu.

Tədbirdə ilk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilərək daha sonar Azərbaycan Respublikasının dövlət himni ilə açlış olmuşdu. Tədbiri giriş sözü ilə açan “ALIOGLU MEDIA GROUP” və “AZƏRBAYCAN İNCƏSƏNƏT MƏRKƏZİ” nin rəhbəri Amil Ali Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi qələbǝyǝ imza atmaqla, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazıldı.

Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış səlnaməsinin başlanğıcı idi. Məhz bu məqsədlə biz Tədbirə “TARİX YAZANLAR” adı verdik.

Biz qəhramanlarmızı filmlər və bu cür tədbirlərmizlə yaşamalıyıq.
Tədbirdə Şəhid analarına Şəhidlərimizin rəmzi olan Xarı Bülbül və Qazilərə TƏŞƏKKÜR plaketləri təqdim olundu.
Tədbirdə “ALIOGLU MEDIA GROUP” un istehsal etdiyi və rejissoru Amil Alinin qazilərə və şəhidlərə həsr olanan “Bir cüt çəkmə” və “Su bardağı” qısametrajlı filmlərinin təqdimatı oldu.

Tədbirdə Millət vəkilləri, Qazilər, şəhid ailələri, Media nümayəndələri, İncəsənət xadimləri, idmançılar və s. ictimai şəxslər iştirak etmişdi.

Tədbirdə iştirak edən rəsmi nümayəndələr tədbirlə bağlı öz fikirlərini bildirdilər. Eyni zamanda nümayiş olunan, şəhidlərə və qazilərə həsr olunmuş filmlərlə öz fikirlərini bildirdilər.

Tədbirdə iştirak edən Azərbaycan incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Azərbaycan respublikasının milli məclisinin deputatı Vüqar İsgəndərov çıxışı zamanı bildirdi ki, bu cür tədbirlər, belə vətənpərvərlik mövzusunda olan filmlər çox istehsal olunmalıdır.

Rəsmi qonaqlar nümayiş olunan filmlərin rejissoru və yaradıcı heyyətinə müsbət fikirlərini bildirdilər.

Sonda tədbirin təşkilatçısı və nümayiş olunan filmlərin rejissoru Amil Ali tədbirdə iştiraklarına görə hər kəsə təşəkkürünü bildirdi.

DOĞRU.AZ

image-img-20240409-wa0131 image-img-20240409-wa0134 image-img-20240409-wa0139 image-img-20240409-wa0136 image-img-20240409-wa0143 image-img-20240409-wa0144image-img-20240409-wa0140 image-img-20240409-wa0142 image-img-20240409-wa0135 image-img-20240409-wa0132 image-img-20240409-wa0133

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki