image-ads_n1karobka_mobile
image-69578886ae5ac97c592f55b4backend

Taylandda Yeni il tətilinin ilk günlərində yol qəzalarında 100-dən çox insan həlak olub

image-add-a-heading

Taylandda Yeni il tətilinin ilk günlərində baş verən yol qəzaları nəticəsində 100-dən çox insan həyatını itirib.

Doğru.az xəbər verir ki, ölkənin Yol Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumata görə, həlak olanlar arasında bir Rusiya vətəndaşı da var. Agentliyin sosial şəbəkələrdə paylaşdığı informasiyada bildirilir ki, qəzaların əsas səbəbləri sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və sürət həddinin aşılması olub.

Məlumata əsasən, yol-nəqliyyat hadisələri nəticəsində 115 nəfər yaralanıb. Yaralılar arasında əcnəbilərin olduğu qeyd edilsə də, ilkin məlumata görə, onların arasında Rusiya vətəndaşı yoxdur.

Xatırladaq ki, daha əvvəl İsveçrədə Yeni il gecəsi kurort barında baş verən yanğın nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi. Telegraph qəzetinin məlumatına görə, yanğına qığılcımların səbəb ola biləcəyi ehtimal edilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki