image-2000x150px
image-123
image-ads_atlas
image-kaxa_kaladzebackend

Tbilisidən Minskə SƏRT MESAJ: “Cavab veriləcək…”

image-728x90px

“Gürcü Arzusu”nun baş katibi, paytaxtın meri Kaxa Kaladze Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişinə münasibət bildirib.

O, bu faktı “narahatedici” adlandırıb.

Kaladzenin jurnalistlərə verdiyi məlumata görə, Lukaşenkonun səfəri siyasi baxımdan düzgün olmayan addımdır:

“Lukaşenkonun Abxaziyaya səfəri narahatedici və ağır faktdır. Qeyri-dost və siyasi cəhətdən düzgün olmayan addım olmaqla yanaşı, işğal qanununu da pozub və nəticədə tərəfimizdən cavab veriləcək. Bildiyimə görə, səfir artıq çağırılıb”, – deyə Kaxa Kaladze bildirib .

Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gəlib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki