image-ads_n1karobka_mobile
image-nocomment_87524646ad841edc118d16506e36ad50_l5b2uxy8sik9m7g1ern6backend

TƏCİLİ! Atəşkəs pozuldu, ŞİDDƏTLİ HÜCUM başladı – Hər yan alov içində

Yaxın Şərqdə əldə olunmuş kövrək atəşkəs razılaşması hər keçən gün daha da sarsılır. “Hizbullah” qruplaşması Livanın cənubunda İsrail hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyini bəyan edib. Verilən məlumata görə, qruplaşma üzvləri Taybe kəndi yaxınlığında İsrail hərbçilərini hədəf alıb, həmçinin Macdal-Zun bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıblar. İsrail ordusu isə öz növbəsində Livanın cənubunda “hava hədəfi”ni zərərsizləşdirdiyini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, “Hizbullah” bu hücumların İsrail tərəfindən 10 günlük atəşkəs rejiminin dəfələrlə pozulmasına cavab olduğunu bildirir. Qeydiyyatlar göstərir ki, keçən cümə günündən qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün Livanın cənubuna zərbələr endirir. Tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edərkən, bölgədə yenidən genişmiqyaslı hərbi əməliyyatların alovlanma riski pik həddə çatıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki