2025-ci ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından əldə olunan gəlirin həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə avtomobil benzini və dizel yanacağının satışından ümumilikdə 1 milyard 466 milyon manat gəlir əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.2 faiz artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları məhsullara xərclədikləri ümumi vəsaitin 6.3 faizi məhz avtomobil benzini və dizel yanacağının alınmasına yönəlib.
DOĞRU.AZ