image-n1karobka_ads
image-123
image-absiran_1743593631_1743762202_1768149664backend

TƏCİLİ XƏBƏRDARLIQ: ABŞ vətəndaşlarına İranı tərk edin

image-ad_qayo_720x110px

ABŞ İrandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Doğru.az xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı səfirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, Amerika vətəndaşlarına quru yolu ilə Ermənistan və ya Türkiyəyə keçmək tövsiyə olunur. Tövsiyənin səbəbi kimi ölkədə güclənən, zorakılığa çevrilə biləcək etirazlar, eləcə də mümkün həbslər və xəsarətlər göstərilir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ və İsrailin ölkədə baş verən iğtişaşlarda iştirakına dair dəlillərin olduğunu açıqlamışdı.

ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, Tehran ABŞ bazalarına hücum edərsə, İran “görünməmiş zərbələr”lə üzləşəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki