image-n1karobka_ads
image-123
image-tehran-vasinqton-scaledbackend

Tehran danışıqlara açıq – İran XİN xəbər verdi!

image-ad_qayo_720x110px

İran nüvə danışıqlarına hazırdır – amma Vaşinqtona etibar etmir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır, ancaq heç bir təhdid olmadığı halda. Bu barədə o, “Əl-Cəzirə”yə verdiyi müsahibədə danışıb.

Doğru.az xəbər verir ki, Əraqçi eyni zamanda vurğulayıb ki, İran hakimiyyəti Vaşinqtonun konstruktiv danışıqlara başlamağa hazır olduğuna şübhə ilə yanaşır. Nazir deyib:

“Vaşinqtonun dürüst və ədalətli danışıqlara hazır olduğuna inanmırıq və hazır olduqda bu məsələni ciddi şəkildə nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə telefon danışığı aparıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki