image-2000x150px
image-123
image-ads_atlas
image-c45385a12536f285f6ab3c0cf64cbc5dbackend

Tələbə layklara görə kütləvi qırğın törədəcəkdi

image-728x90px

Rusiyada Nijni Novqorod Vilayət Kollecinin 17 yaşlı tələbəsi sosial şəbəkədə onun təhsil müəssisəsində qətliam təşkil etmək planlarından yazıb; daha sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu yolla öz səhifəsindəki bəyənmələrin sayını artırmaq istədiyini bildirib.

Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Tətil zamanı yeniyetmə bir yazı yerləşdirərək, müəyyən bir gündə kollecə hücum etmək niyyətində olduğunu bildirib. O, həmçinin sosial şəbəkədə universitet binasının eyvanının və patronların fotoşəkilini yerləşdirib.

Bundan sonra Daxili İşlər Nazirliyinin və FSB-nin əməkdaşları tələbənin yanına gəliblər və o, məşhur olmaq üçün uğursuz cəhdini etiraf edib. Onun üzərində heç bir silah və sursat tapılmayıb. “Terror aktı haqqında bilə-bilə yalan xəbər vermə” maddəsi ilə cinayət işinin başlanması gözlənilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki