image-n1karobka_ads
image-123
image-r9tmijj6f2mtygnlyo2jsjfcucw4z1yfv4jjfdgr_1200backend

Tənzilə Rüstəmxanlının seçki qərargahı təbliğat işinə başladı – VİDEO

image-ad_qayo_720x110px

Bu gündən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd – VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının təbliğat və təşviqat kampaniyasına start verilib.

Oxu.Az xəbər verir ki, Tənzilə Rüstəmxanlının parlament seçkisi ilə bağlı Neftçala rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.

Namizədin seçkidə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.

Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və “Neftçala üçün birlikdə” devizi altında təşviqat kampaniyasına start verilib.

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd – VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndələri, vəkillər və rayon ictimaiyyəti nümayəndələri Neftçalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi hörmət və ehtiramla yad olunub, abidəsi önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.

DOĞRU.AZ

image-jgb62y31hrcivuhcqeb3nc8uhieiyocsc5lfplcp_640 image-ucvl85i7szl9txotyat7afiqstfxdylgyz5r7sk5_640 image-gyibwfdol4iunqh04gj7pgydn2ccdwr1tb1hb9lm_640 image-tyx9kmylytoeobegs8zrd86y84bqbsdsh0xpsjzu_640 image-arn3zpdjyeornz8avmdsqbvyrgelutp8mtt0eb8y_640 image-rkxtfh77olet3thxssrrvye3qwpc42jcpfd5tcol_640 image-vumnanojpmhsad6puaopuxxzlh7izddcvsv3f3lf_640 image-xnl99ze1nhu6jrisrlxry4slgcwah7cpc2rktwal_640 image-tgzl7gk7hynw0zexhqwtjjvp8cqpsx9cx2ogto9e_640 image-wonrnki7zuwq34iluazgbc3tcrxowd5dyb2lozje_640 image-bgln7s9srz3nygynozpwzfgimbcxrlhzgsqem07h_640 image-mvnoqnmk7sqpjscwsqro1shbqvmse0y0wfjlx51e_640 image-sxhvhcw5qofjswffam3b1azybknksb0trdsrr4rs_640 image-2vr26lnhyerdwg517vrmdnpoueu5des5geb3xoik_640 image-vmn0mssj6tqsqoy0xbjthkmccco4ytcwxnhmf1bp_640 image-ugvf008hmxhrrzyprkwoqmswqhfy8q3giazog0gk_640 image-yk1l7ax31ynotvhboplihvzgxluyglxr7ifhm8fg_640 image-59ztr1ts7u2jeiwfqjmgvpdhbpyuudyizfesncrx_640 image-bprstp3aeidj9kzksejyqxwyrfniqg28hsyal14z_640 image-oabdahh7gxnc60rtkot6mrjrbud5o5v2x2je6phm_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki