Virgin Australia şirkətinə məxsus reysdə sərnişinin elektron siqaret cihazının alovlanması kabinədə panikaya səbəb olub.
Ajans.az xəbər verir ki, hadisə 15 mart tarixində Brisbendən Melburna uçan uçuş zamanı baş verib. Təyyarə təyinat yerinə yaxınlaşarkən cihaz alovlanıb və sərnişinlər arasında təşviş yaranıb. Stüardessalar hadisəyə dərhal müdaxilə edərək yanğını söndürüblər.
Təyyarə təhlükəsiz şəkildə hava limanına eniş edib. Ehtiyat tədbiri olaraq, təcili yardım xidməti əməkdaşları Boeing 737-800 təyyarəsini qarşılayıblar. Hadisə zamanı xəsarət alan olmayıb.


























