image-n1karobka_ads
image-123
image-6962dd5f2be36backend

Təyyarə qəzasında məşhur müğənni və qrupu HƏLAK OLDU

image-ad_qayo_720x110px

Kolumbiyada baş verən təyyarə qəzasında pop müğənni Yeison Jimenez və onun qrup üzvləri həyatını itirib.

Doğru.az xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, musiqiçiləri daşıyan özəl təyyarə Medellin şəhərinə uçuş edirmiş. Qəza hava gəmisinin havaya qalxmasından qısa müddət sonra baş verib. Təyyarədə olan altı nəfərin hamısı həlak olub, sağ qalan olmayıb.

Qeyd edək ki, yanvarın 7-də Rusiyanın Perm diyarının Bardım rayonunda da şəxsi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb.

Ölənlər arasında “TATTRANSKOM” nəqliyyat şirkətinin təsisçisi İlyas Gimadutdinovun da olduğu bildirilir.

DOĞRU.AZ

image-69630da202e8bd40e73506d5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki