image-n1karobka_ads
image-123
image-681898a7ae5ac92214177183backend

“The Sopranos”un amerikalı aktyoru Çarli Skalis vəfat edib

Amerikalı aktyor Çarli Skalis 84 yaşında vəfat edib.

Bu barədə Hollywood Reporter onun qızı Enn Mari Skelaisə istinadən məlumat yayıb.

Aktyor Alzheimer xəstəliyi ilə uzun sürən mübarizədən sonra cümə axşamı, mayın 1-də Pensilvaniya ştatının Phoenixville şəhərindəki qocalar evində vəfat edib.

Skalis 2003-cü ildə HBO-nun The Wire serialının ikinci mövsümünün bütün 12 seriyasında göründü. O, həmçinin The Sopranos serialında Coach Molinaro rolu ilə tanınır.

Keçən ilin iyun ayında “The Bodyguard” və “The Sopranos” kimi filmlərdəki işi ilə tanınan amerikalı aktyor Bill Cobbs-un Kaliforniyada 91 yaşında vəfat etdiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki