İsrailin Təl-Əviv şəhərində polis kütləvi etiraz aksiyası zamanı 15 nəfəri saxlayıb.
“The Times of Israel” xəbər verir ki, “15 nəfər ictimai asayişi pozduğuna görə həbs edilib”
Qəzetin yazdığına görə, onlar yolun ortasında od yandıraraq Ayalon şossesini bağlamağa çalışıblar.
Qeyd olunur ki, etirazçılar girovların azad edilməsi üçün Fələstinin HƏMAS hərəkatı ilə razılaşma tələb ediblər.
Sentyabrın 14-də Təl-Əvivdə minlərlə insanın mitinqinin keçirildiyi bildirilir.
Ötən həftə Nyu Yorkda Fələstin tərəfdarı nümayişə minlərlə insan qatılıb.
Mənbə The Times of Israel